Bizim dəyərlərimiz
Bizim dəyərlərimiz
Restoranlarımıza gələn qonaqlar və onların bizim restoran haqqında təəssüratları bütün işlərimizin fövqündə durur.
Biz müştərilərimizin sayəsində mövcuduq. Biz restoranımıza təşrif buyuran hər bir kəsə təmiz bir restoranda səmimilik mühitində, əla xidmət göstərərək münasib qiymətə yüksək keyfiyyətli yeməklər təqdim etməklə, onları necə qiymətləndirdiyimizi nümayiş etdiririk. Bizim məqsədimiz – restorana gələn hər bir müştərini heç bir istisna olmadan hamını yüksək keyfiyyət, xidmət mədəniyyəti, təmizlik və əlverişlilik amilləri ilə təmin etməkdir.
Biz öz adamlarımızı qiymətləndiririk
Biz onlara imkanlar veririk, istedadlıları yüksəldirik, rəhbər işçiləri inkişaf etdiririk və qazandıqları nailiyyətlərə görə mükafatlandırırıq. Biz inanırıq ki, yaxşı təlimatlandırılmış, müxtəlif sahədə təcrübəsi və biliyi olan insanlardan ibarət komandanın qarşılıqlı hörmət mühitində çalışması və onlardan hər birinin yüksək səviyyədə əməkdaşlıq nümayiş etdirməsi bizim daima uğur qazanmağımızın əsasını təşkil edir.
Biz McDonald’s sisteminə inanırıq
McDonald’s-ın biznes modelinin əsası üç hissədən ibarətdir – sahibkarlar/rəhbərlik, təchizatçılar və şirkətin əməkdaşları.
Başlıca vəzifə – bu üç qrupun maraqlarının tarazlığını qoruyub saxlamaqdır.
Biz biznes etikasına əməl etməklə işləyirik
Düzgün aparılan istənilən biznesin təməlində sağlam etika qaydaları durur.
McDonald’s-da biz bu qaydalara və ən yüksək standartlara əməl edirik və öz biznesimizi açıq, vicdanla və ədalətlə aparırıq. Bunun üçün biz həm fərdi, həm də kollektiv məsuliyyət daşıyırıq.
Biz cəmiyyətin həyatında iştirak edirik
Biz liderlik mövqeyinə aparan öhdəliklərə ciddi yanaşırıq. İşlədiyimiz cəmiyyətdə həyat keyfiyyətini yüksəltməyə can atırıq və bunun üçün şirkətin imkanları və resurslarından maksimum istifadə etməyə çalışırıq ki, dünyanın daha da yaxşılaşmasında bizim də payımız olsun.
Biz gəlirli biznesimizi inkişaf etdiririk
Bizimlə işləyənlərin hamısı müştərilərə xidmət etməkdə bizə kömək edirlər. Biz öz tərəfimizdən bu sistemin bütün üzvləri, o cümlədən bizim investorlar üçün biznesimizin dayanıqlı olmasını və gəlirlərinin artmasını təmin etməyə çalışırıq.
Biz daima təkmilləşməyə səy göstəririk
Biz - hər zaman təkmilləşən, hər şeyi bilməyə çalışan və müştərilərimizin, əməkdaşların, sistemin fasiləsiz inkişaf və innovasiyalar sayəsində dəyişən tələbatlarına cavab verməyə çalışan bir təşkilatıq.
Sabitlik və Müdafiə
İş – həyatımızın böyük hissəsini təşkil edir. Hər birimiz işdə çox vaxt keçiririk və vəzifəmizin yerinə yetirilməsi müqabilində maddi mükafatdan savayı daha çox şeylər gözləyirik... məsələn, özümüzü göstərmək imkanı, müəyyən bilik və bacarıqlara yiyələnmək, karyera qurmaq, yeni dostlar qazanmaq.
McDonald’s şirkəti qarşınızda aşağıdakı imkanları açır:
- adət etdiyiniz həyat tərzinə asanlıqla uyğunlaşdıra biləcəyiniz iş;
- sabitlik və sosial müdafiə;
- imtiyazlar və güzəştlər paketi;
- hamı üçün bərabər imkanlar;
- əla iş mühiti;
- peşəkarlıq və şəxsi inkişaf üçün imkan yaradan təlimlər;
- karyeranın inkişafı üçün yaranan imkanlar;
- yeni dostların əhatəsində olmaq;
- həyatda gərəyiniz ola biləcək səriştələr.
Yaşından və həyat tərzindən asılı olmayaraq, hər kəsə sabitlik və sabahına inam– vacib şərtlərdən biridir.
Şirkətimizdə hazırda çalışan, eləcə də sıralarımıza qoşulmaq istəyən gələcək əməkdaşlarımız əmin ola bilərlər ki:
- Onun İşəgötürənlə münasibətləri mövcud qanunvericiliyə uyğun rəsmiləşdirilir. Elə ilk iş günündən əməkdaşla əmək müqaviləsi imzalanır və əmək kitabçası açılır;
- əmək haqqı vaxtlı-vaxtında verilir və bütün vergilər ödənilir;
- növbəti məzuniyyət verilir və qanuna uyğun olaraq ödənilir;
- xəstəlik kağızına düşən günlər ödənilir;
- işçiyə sosial müdafiə fondunun sığorta şəhadətnaməsi verilir, əgər əvvəllər olmamışsa;
- işçi analıq haqqı və xəstəxəna kağızı üzrə ödənişlər də daxil olmaqla, uşağın anadan olması ilə əlaqədar bütün müvafiq ödənişləri alır;
- analıq, xəstəxana kağızının əhatə etdiyi müddətdə və uşağa qulluq üçün məzuniyyət zamanı işçinin iş yeri saxlanılır;
- gündüz təhsil alan tələbələrə imtahanları vermək üçün məzuniyyət almaq imkanı yaradılır, axşam və qiyabi formada təhsil alan tələbələrə isə mövcud qanunvericiliyə uyğun olaraq haqqı ödənilən təhsil məzuniyyəti verilir;
McDonald’s şirkətinin işçilərinə təqdim etdiyi iş şərtləri onlara öz həyatlarını planlaşdırmağa və gələcəyə inamla baxmağa imkan yaradır.
İş şəraiti
McDonald’s restoranlarında əmək şəraiti elə təşkil edilib ki, hər bir işçi böyük həvəslə işə gəlir. Restoranlarda iş və istirahət üçün hər cür şərait yaradılıb.
- İstehsalatda iş yerləri əməyin mühafizəsi üzrə tələblərə uyğun təşkil edilib;
- Hər bir restoranda rahat istirahət otağı var, burada işçilər fasilə vaxtı otura, yemək yeyə,televizora baxa, sadəcə dincələ bilərlər;
- Restoranlar geyinib-soyunma və duş otaqları ilə təchiz edilib;
- İşə qəbul olunan hər bir işçiyə pulsuz 2 dəst gözəl və rahat uniforma verilir;
- İş növbəsi zamanı bütün işçilər fasiləyə çıxa bilərlər. Onların sayı və müddəti iş növbəsinin davamiyyətindən asılıdır. 8 saatlıq növbə zamanı 2 dəfə 15 dəqiqəlik fasilə (şirkət tərəfindən ödənilən), bir dəfə də 30 dəqiqəlik (şirkət tərəfindən ödənilməyən) fasilə verilir.
İş - evinizin yanında
İş təklifləri arasında seçim edərkən iş yerinə çatmaq üçün dəf edilən məsafə həmişə həlledici amil olur. Biz hamımız öz vaxtımızı qiymətləndiririk, ona görə də işə çatmaq və evə qayıtmaq üçün bir neçə saatımızı yola sərf etmək istəmirik.
McDonald’s şirkəti sizə yaşadığınız və ya təhsil aldığınız yerin yaxınlığında yerləşən restoranı seçmək imkanı verir. Bu isə vaxtınıza və yol pulunuza qənaət deməkdir.
Öz restoranınızı veb-səhifəmizin “Bizim vakansiyalar” bölməsindəki xəritədən tapa bilər və ya işə qəbul üçün Mərkəzin telefonuna zəng edə bilərsiniz: (012) 511-19-89.
Rahat iş cədvəli seç
İş üçün rahat cədvəl seç
McDonald’s Azərbaycanda yeganə iri işəgötürən şirkətdir ki, öz işçilərinə iş qrafikini seçmək imkanı yarada bilir. Bu qrafikdə həftənin iş günləri və iş saatları işçinin imkanlarına və istəyinə uyğun olaraq təyin edilir.
McDonald’s-ın bütün restoranları həftənin 7 günü, avtomobillə xidmət isə bütün sutka ərzində işləyir, avtomobil xidməti olmayan restoranların iş rejimi saat 7-dən saat 00-dəkdir.
Restoranların bu iş rejimi işçilərə iş və asudə vaxtlarını səmərəli bölüşdürməyə imkan yaradır.
“Restoranın heyət üzvü” vəzifəsinə namizədlərə seçimlərinə görə iki proqram təklif olunur:
“Çevik iş qrafiki”
Çevik iş qrafiki əsas məşğuliyyət vaxtından əlavə vaxtlarda işləmək üçün imkanlar yaradır.
- Çevik iş qrafiki tələbələr və digər yerlərdə müştərək çalışan insanlar, habelə ümumən qəbul olunmuş iş saatında çalışmaq imkanları olmayanlar üçün əlverişlidir.
- Çevik qrafik üzrə minimum iş saatı gündə 4 saatdır.
- Çevik iş qrafiki həftə ərzində 2 məcburi istirahət günü də nəzərə alınaraq, maksimum 40 saat olmaqla, istədiyi qədər iş saatına imkan yaradır. İş növbəsinin davamlılığı 8 saatdan çox ola bilməz.
- İşə qəbul zamanı namizəd öz cədvəlini diqqətlə düşünür və öz imkanlarını əmək müqaviləsində qeyd edir. İşçi öz tələbatlarından asılı olaraq, həmin qrafiki dəyişmək imkanına malikdir, ancaq bu barədə təşkilati strukturu əvvəlcədən məlumatlandırmalıdır.
Cədvəl nümunəsi
Gün | B.e | Ç.a | Ç. | C.a. | C. | Ş. | B |
Növbə | 8:00*- 14:00 | 17:00- 22:00 | istirahət | istirahət | 10:00- 18:00 | 17:30- 23:30 | 10:00- 18:00 |
*İş növbələri həm səhər, günorta, həm də axşam ola bilər. Növbənin başlanma və bitmə vaxtı da istədiyiniz kimi ola bilər. Həftə ərzində istirahət günlərinin sayı iki gündən az ola bilməz.
“Tam iş günü”
Bu proqram xüsusi olaraq McDonald’s-a daimi iş yeri kimi baxanlar və həftə ərzində 2 istirahət günü olmaqla 40 saat işləməyə razı olan işçilər, məsələn kiçik uşaqları olan qadınlar, qiyabi təhsil alan tələbələr, başqa bir yerdə məşğuliyyəti olmayan insanlar üçün yaradılıb.
Bu insanlar restoranın əsas ştatını təşkil edir.
“Tam iş günü” iş qrafikində aşağıdakı imkanları nəzərdə tutur:
Cədvəl nümunəsi
Səhər növbəsində iş – həftədə 5 gün, 8 saat
Gün | B.e | Ç.a | Ç. | C.a. | C. | Ş. | B |
Növbə | 6:00*- 14:00 | istirahət | istirahət | 7:00-15:00 | 8:00-16:00 | 7:30- 15:30 | 6:00- 14:00 |
*Növbənin başlama və bitmə vaxtı müxtəlif ola bilər.
İki istirahət günü sürüşən qrafiklə təqdim olunur.
Gündüz növbəsində iş – həftədə 5 dəfə, 8 saat
Gün | B.e | Ç.a | Ç. | C.a. | C. | Ş. | B |
Növbə | 11:00*-19:00 | 12:00-20:00 | 11:00-19:00 | 11:30-19:30 | istirahət | istirahət | 11:30-19:30 |
* Növbənin başlama və bitmə vaxtı müxtəlif ola bilər. İki istirahət günü göstərilən qrafiklə təqdim olunur.
Axşam növbəsində iş – həftədə 5 dəfə, 8 saatlıq
Gün | B.e | Ç.a | Ç. | C.a. | C. | Ş. | B |
Növbə | istirahət | istirahət | 15:00-23:00 | 14:00-22:00 | 16:00-24:00 | 13:00-21:00 | 16:00-24:00 |
Sutkanın istənilən vaxtında iş – həftədə 5 dəfə, 8 saatlıq
Gün | B.e | Ç.a | Ç. | C.a. | C. | Ş. | B |
Növbə | 7:00-15:00 | 15:30-23:30 | istirahət | istirahət | 16:00*-24:00 | 12:00-20:00 | 16:00-24:00 |
İlk üç variantda Siz öz iş növbənizi müəyyən müddətdə qeydiyyatdan keçirə, həmçinin müvəqqəti olaraq növbənin başlanma və bitmə vaxtına interval qoya bilərsiniz, buna müvafiq olaraq sizin üçün cədvəl tutulacaqdır.
“Tam iş günü” proqramı ilə çalışan işçilər üçün şərtlər və xüsusi güzəştlər
- Şirkətin bu müqavilənin şərtlərinə görə işçiyə həftə ərzində ən azı 40 saat iş təklif etdiyi və işçinin müəyyən edilmiş həmin bu saatları işləmək üzrə üzərinə öhdəlik götürdüyü xüsusi Əmək müqaviləsi.
- İşçiyə onun vaxt imkanlarına uyğun olan iş növbələri təqdim edilir və bu, Əmək müqaviləsinə əlavədə qeyd olunur.
- İşçilərə xüsusi mükafat ödənilir.Bu mükafatın həcmini müsahibə zamanı öyrənmək olar.