İlk addımlar
İlk addımlar
Yeni işə başlayan hər kəs düşünür ki, bu necə olacaq, kim məni öyrədəcək, yeni işimdə məni nə gözləyir?
McDonald’s şirkətində, şirkətlə tanışlıq, əmək vəzifələrinin öyrədilməsi kimi işə qəbul sistemi mövcuddur.
Siz McDonald’s restoranına işə girməyə qərar vermisiniz? Bizim şirkətimizdə ilk addım – işə qəbuldur.
1.Əmək vəzifələrinin siyahısı ilə tanış olun.
2.Restoranı seçin, işə qəbul üzrə anketi doldurun və onu seçdiyiniz restorana göndərin.
3. Sizin anketinizin qəbul olunduğunun təsdiqini alın və müsahibəyə dəvəti gözləyin.
4.Müsahibədən keçin. Müsahibə Sizin seçdiyiniz restoranda keçirilir.
Müsahibə – restoranın meneceri ilə görüşdür və bu görüş zamanı Sizi gözləyən iş haqqında ətraflı məlumat əldə edəcək, restoranın mühitinə “baş vuracaqsınız”, restoranın meneceri də, öz növbəsində, Sizin zəif və güclü cəhətləriniz haqqında məlumat toplaya biləcəkdir.
Təbriklər! İşə qəbul olduğunuz barədə Sizi xəbərdar etdilər! Növbəti addım – ilk istiqamətləndirmədir.
İlk istiqamətləndirmə
İlk istiqamətləndirmə – şirkətin tarixi, həmçinin şirkət daxilində mövcud olan qaydalar və iş prinsipləri ilə tanış olmaqdır. İstiqamətləndirmə yeni işçiyə müəssisə və onun fəaliyyəti ilə daha yaxından tanış olmağa imkan verir.
İlk istiqamətləndirmə zamanı işə daxil olmanı rəsmiləşdirmək üçün yeni işçi ilə sənədlər imzalanır.
- əmək müqaviləsi;
- əmək müqaviləsinə qoşma;
- vəzifə təlimatları.
İşə daxil olmanı rəsmiləşdirmək üçün lazım olan sənədlər:
- Azərbaycan Respublikası vətəndaşının qüvvədə olan şəxsiyyət vəsiqəsi;
- pensiya sığorta kartı;
- əmək kitabçası (əgər əvvəl işləmişsinizsə);
- kişilər üçün hərbi bilet və ya qeydiyyat şəhadətnaməsi;;
- 3x4 sm ölçüdə 1 ədəd foto-şəkil.
Bu istiqamətləndirmə zamanı hər bir gələcək əməkdaşa iaşə müəssisələrində işləmək üçün vacib olan tibbi kitabçanın rəsmiləşdirilməsi məqsədilə poliklinikaya göndəriş verilir.
Birinci istiqamətləndirmənin müddəti – 4 saatdır.
Birinci istiqamətdən sonra doldurulmuş sənədlər Sizin çalışacağınız restorana göndərilir, Siz isə uniformanı əyninizə ölçmək üçün həmin restorana dəvət olunursunuz.
Restoranda təlim
Sizə təlimə başlamaq vaxtı təyin olunur. Təlimi Sizin şəxsi təlimatçınız aparır və o, Sizi restoranla tanış edir, nəzəri hissəni başa salır, stansiyalarda işləmək qaydasını göstərir.Sonra Siz təlimatçının nəzarəti altında işin praktiki hissəsinə keçirsiniz. Təlimatçı Sizin müstəqil işləyə bildiyinizə əmin olduqdan sonra işin qiymətləndirilməsi aparılır və Siz müstəqil olaraq işləməyə başlayırsınız.
İlkin təlim 10-13 saat çəkir və bir stansiyada aparılır. Bunları mənimsədikdən sonra Sizinlə əlavə təlim keçirilir.
İkinci istiqamətləndirmə
Siz işləməyi öyrəndiniz, həmkarlarınız və menecerlərlə tanış oldunuz, lakin aydın olmayan məqamlar və suallarınız hələ də var.
İndi Sizi direktorla görüş gözləyir. Burada işinizi müzakirə edə, Sizi maraqlandıran suallarınızı verə bilərsiniz. Belə görüş işə başladığınız vaxtdan bir ay müddətində keçirilir.
Proqramlar və tədbirlər
Şirkətdə müntəzəm olaraq həm restorandaxili, həm də bütün şirkət miqyasında maraqlı tədbirlər keçirilir. Restoranlarda daimi əsaslarla “Ayın ən yaxşı işçisi” proqramı mövcuddur. Bu proqramların qalibləri – keçən ayda işdə ən yaxşı nəticələr göstərən işçilər mükafat alırlar. Hər il restoranlar arasında “Futbol”, “Boulinq” idman yarışları və başqa tədbirlər keçirilir.
Bundan başqa, restoran daxilində işçilər arasında müxtəlif tədbirlər keçirilir, burada işçilər bir-birləri ilə ünsiyyət qura, maraqlı oyunlarda iştirak edə bilərlər. Artıq bir neçə ildir ki, restoranlarda McDollar proqramı fəaliyyət göstərir. Bu proqramın nəticələrinə əsasən, işçilər onlara həvalə olunan tapşırıqları yerinə yetirməklə McDollarlar qazana, sonra onları televizora, kompüterə, velosipedə, musiqi mərkəzinə və digər müxtəlif qiymətli hədiyyələrə dəyişə bilərlər.
Restoranlar arasında müntəzəm olaraq futbol çempionatları keçirilir. Yeni il ərəfəsində restoranlar öz işçiləri üçün tədbirlər təşkil edir, yayda isə bütün komanda ilə təbiət qoynunda istirahət etmək imkanı yaradır.